İdman
Pleyeri seçin:

"Neftçi" 33-cü turda "Qarabağ"ın qonağı olub

05 may 2024

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində daha 1 oyun keçirilib.

"Qarabağ" klubu "Neftçi"ni qəbul edib. Görüş “köhlən atlar”ın 5:0 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesab 12-ci dəqiqədə açılıb. Nəriman Axundzadə “ağ-qaralar”ın qapısını dəqiq nişan alıb. 41-ci dəqiqədə fərq 2-yə çatıb. Toral Bayramov komandasının ikinci qolunun müəllifi olub.

İkinci yarıda da hücumlarına ara verməyən ağdamlılar daha 3 topu paytaxt təmsilçisinin qapısından keçirib. Dublunu rəsmiləşdirən Nəriman Axundzadə ilə yanaşı, Leandro Andrade və Abdullah Zubir fərqləniblər.

Qeyd edək ki, daha əvvəl 11-ci çempionluğunu rəsmiləşdirən "Qarabağ"ın hazırda 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cü yerdədir. Əlavə edək ki, “Qarabağ” növbəti turda “Zirə”nin qonağı olacaq. “Neftçi” isə “Kəpəz”i qəbul edəcək. 

“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

İdman
17 may 2024
Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

İdman
17 may 2024
Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

İdman
17 may 2024
Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

İdman
17 may 2024
Arda Gülər üçün 45 milyon avroluq təklif

Arda Gülər üçün 45 milyon avroluq təklif

İdman
17 may 2024
Millimizin yeni baş məşqçisi bu tarixdə məlum olacaq

Millimizin yeni baş məşqçisi bu tarixdə məlum olacaq

İdman
17 may 2024
AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

İdman
17 may 2024
Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

İdman
16 may 2024
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

İdman
16 may 2024
İngiltərə Premyer liqasında maraqlı oyunlar olub

İngiltərə Premyer liqasında maraqlı oyunlar olub

İdman
16 may 2024
Seçilmişlər
icon