İdman
Pleyeri seçin:

İspaniya, Belçika və İtaliya AVRO 2024-ün seçmə mərhələsində qələbə qazanıb

13 sentyabr 2023

AVRO-2024-ün seçmə mərhələsində 6-cı turun böyükhesablı qələbələrindən biri İspaniyada qeydə alınıb.

Kipr millisini qəbul edən “Qırmızı Furiya” rəqibin qapısından 6 cavabsız top keçirib. Pireneylilərin heyətində Ferran Torres dubl edib. Digər qollar Qavi, Mikel Merino, Xoselu və Aleks Baenanın aktivindədir.

Xallarının sayını 9-a çatdıran İspaniya millisi A qrupunda 2-ci yerdədir. Komanda lider Şotlandiyadan 6 xal geri qalır. Xalsız olan Kipr seçməsi isə qrup sonuncusudur.

Daha bir darmadağın Brüsseldə qeydə alınıb. Estoniya millisinini qəbul edən Belçika futbolçuları 5-0 hesablı qələbə qazanıblar. Romelu Lukakunun dubl etdiyi görüşdə Yan Vertongen, Leandro Trossar və De Ketelare də rəqibin qapısına yol tapıblar. Ardıcıl 3-cü matçda güclü olan belçikalılar xallarının sayını Avstriya ilə bərabərləşdiriblər. Bu kollektivlər F qrupunda 1-ci, 2-ci yerləri bölüşdürürlər.

C qrupunda yer alan İtaliya yığması da turu qələbə ilə tamamlayıb. Ukrayna millisini qəbul edən “Skuadra Adzurra” Davide Frattezinin dublu sayəsində 2-1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra 7 xalı olan İtaliya seçməsi Ukrayna və Şimali Makedoniya komandaları ilə birlikdə 2-ci, 4-cü yerləri bölüşdürür.

"Barselona" Robert Levandovskinin əvəzləyicisini tapdı

"Barselona" Robert Levandovskinin əvəzləyicisini tapdı

İdman
06 may 2024
Qvardiola dünya nəhəngi ilə danışıqlar aparır

Qvardiola dünya nəhəngi ilə danışıqlar aparır

İdman
06 may 2024
Aleks de Souza Türkiyə klubunda baş məşqçi olacaq

Aleks de Souza Türkiyə klubunda baş məşqçi olacaq

İdman
06 may 2024
Renat Dadaşov karyerasını harada davam etdirəcək?

Renat Dadaşov karyerasını harada davam etdirəcək?

İdman
06 may 2024
Lionel Messi və Kriştiano Ronaldo bu klubun formasını geyinəcəklər

Lionel Messi və Kriştiano Ronaldo bu klubun formasını geyinəcəklər

İdman
06 may 2024
“Bakı Marafonu 2024” başa çatdı | Qaliblər müəyyənləşdi

“Bakı Marafonu 2024” başa çatdı | Qaliblər müəyyənləşdi

İdman
05 may 2024
"Qarabağ" Nəriman Axundzadə ilə bağlı qərar verdi

"Qarabağ" Nəriman Axundzadə ilə bağlı qərar verdi

İdman
05 may 2024
"Neftçi" 33-cü turda "Qarabağ"ın qonağı olub

"Neftçi" 33-cü turda "Qarabağ"ın qonağı olub

İdman
05 may 2024
Futbol üzrə İspaniya çempionatında qalib məlumdur

Futbol üzrə İspaniya çempionatında qalib məlumdur

İdman
05 may 2024
"Barselona" intizamsız futbolçusunu transferə çıxarır

"Barselona" intizamsız futbolçusunu transferə çıxarır

İdman
03 may 2024
Seçilmişlər
icon