İdman
Pleyeri seçin:
“Qarabağ” Finlandiyada HİK klubu ilə üz-üzə gələcək
“Qarabağ” klubu bu gün UEFA Avropa liqasında növbəti matçına çıxacaq.
“Köhlən atlar” III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyanın HİK kollektivinin qonağı olacaq.
Helsinki şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Görüşdə ədalət prinsiplərini Villi Delajonun rəhbərlik etdiyi Fransadan olan hakimlər briqadası qoruyacaq.
Kopyalandı