İdman
Pleyeri seçin:

"Çelsi" - "Mançester Siti" matçında 8 qol vuruldu

13 noyabr 2023

İngiltərə Premyer liqasında 12-ci turun mərkəzi görüşü “Çelsi” və “Mançester Siti” arasında olub.

“Stemford Bric” stadionunda keçirilən və 8 qolun qeydə alındığı matç dramatikliyi ilə diqqət çəkib.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. Erlinq Holand 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Ancaq “şəhərlilər”in sevinci çox çəkməyib. 4 dəqiqə sonra Tiaqo Silva tarazlığı bərpa edib. Bir qədər sonra isə Rahim Sterlinq londonluları irəli çıxarıb. 2-1.

Bununla belə mankunianlar fasilə ərəfəsində bərabərlik qolunu vurmağı bacarıblar. Manuel Akancinin başla zərbəsi dəqiq alınıb. İlk hissə 2-2 hesabı ilə yekunlaşıb. 2-ci yarıya “Siti” qolla başlayıb. Holand dublunu rəsmiləşdirib. 67-ci dəqiqədə Nikolas Cekson “zadəganlar”ın hücumunu qolla tamamlayıb. 3-3.

86-cı dəqiqədə Rodri qonaqları yenidən irəli çıxarsa da, Quardiolanın futbolçuları üstünlüyü qoruya bilməyiblər. Əsas vaxta artırılan dəqiqələrdə Koul Palmer penaltidən fərqlənərək komandasını məğlubiyyətdən xilas edib. “Çelsi” – “Mançester Siti”: 4-4.

Turu xal itkisi ilə başa vurmasına baxmayaraq “Siti” 28 xalla liderliyini davam etdirir. 16 xalı olan “Çelsi” isə 10-cu pillədə qərarlaşıb.

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

İdman
17 may 2024
Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

İdman
16 may 2024
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

İdman
16 may 2024
İngiltərə Premyer liqasında maraqlı oyunlar olub

İngiltərə Premyer liqasında maraqlı oyunlar olub

İdman
16 may 2024
İtaliya kubokunda final matçı keçirilib

İtaliya kubokunda final matçı keçirilib

İdman
16 may 2024
Məşhur güləşçimiz karyerasını sonlandırmağa qərar verib

Məşhur güləşçimiz karyerasını sonlandırmağa qərar verib

İdman
15 may 2024
“Mançester Yunayted” məşhur futbolçu ilə vidalaşıb

“Mançester Yunayted” məşhur futbolçu ilə vidalaşıb

İdman
15 may 2024
Mauro İkardi “Qalatasaray”dan getməyə yaxındır

Mauro İkardi “Qalatasaray”dan getməyə yaxındır

İdman
15 may 2024
Türkiyəli futbolçu Arda Gülərin "Real"da növbəti uğuru

Türkiyəli futbolçu Arda Gülərin "Real"da növbəti uğuru

İdman
15 may 2024
Qurban Qurbanovun oğlu Musa Qurbanlı Rusiya kollektivlərinin diqqət mərkəzində

Qurban Qurbanovun oğlu Musa Qurbanlı Rusiya kollektivlərinin diqqət mərkəzində

İdman
14 may 2024
Seçilmişlər
icon