Pleyeri seçin:

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası | Fəaliyyət Planı qəbul edildi

17 iyul 2025 707 baxış

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Vyetnamın paytaxtı Hanoyda baş tutan iclasda siyasi, ticarət, investisiya, enerji, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib.

Bildirilib ki, ticarət dövriyyəsi 2025-ci ilin ilk beş ayında 5,4 faiz artaraq 58,4 milyon ABŞ dollarına çatıb ki, bu da əməkdaşlıqda müsbət dinamikanın göstəricisidir. Birgə səylər bu rəqəmin və qarşılıqlı sərmayələrin daha da artırılmasına töhfə verəcək.

Enerji sahəsində əməkdaşlığa toxunularaq qeyd olunub ki, “SOCAR Trading”in Vyetnam bazarında aparıcı spot tədarükçülərdən biri kimi fəaliyyəti, xam neftin tədarükü və Vyetnam neftinin beynəlxalq satışlarında iştirakı bu sahənin əsas istiqamətlərindəndir.

Həmçinin qeyd edilib ki, mədəni və humanitar sahələrdə əməkdaşlıqda artan dinamika müşahidə olunur. 2025-ci ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilmiş mədəni və xeyriyyə tədbirləri bu istiqamətdə qarşılıqlı marağın bariz nümunəsidir.

Sonda Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul edilib.

Banner
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 707 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 707 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 707 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 707 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 707 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 707 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 707 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 707 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 707 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 707 baxış
Seçilmişlər
icon