Pleyeri seçin:
Azərbaycanın müdafiə xərcləri artırılacaq
“Biz, ilk növbədə, özümüzü, müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq”.
Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atılıb:
“Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır”.
İlham Əliyev vurğulayıb ki, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi
- Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV
- İlham Əliyevin Trampa məktubunda nələr qeyd olunub? - "Haber Global"dan süjet - Baku TV
- Tarixi Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - Baku TV
- Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - Baku TV
