Pleyeri seçin:
Kredit faizləri niyə endirilmir? | Rəsmi açıqlama
İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi pulun dəyərini ifadə edir.
Yəni, kreditlər və depozitlər üzrə faizlər uçot dərəcəsinin təsiri altında formalaşır. Amma Azərbaycan təcrübəsində Mərkəzi Bank faiz dərəcəsini endirsə də, kreditlərin faizlərində azalma olmur.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov da uçot dərəcəsinin təsirli olmadığını etiraf edir.
Taleh Kazımov deyir ki, qurumun pul siyasəti qərarları daha çox banklararası bazardakı faizlərdə özünü göstərir. Mərkəzi Bankın növbəti mərhələdə məqsədi uçot dərəcəsinin kredit və depozitlərin faizlərinə təsirinə nail olmaqdır.
Kopyalandı
#Mərkəzi Bank teqi istifadə olunub
- Tədiyə balansında kəsir | Bu proses valyuta bazarına təsir edəcək? - Baku TV
- Kreditlərin verilməsi ilə bağlı yenilik | Ekspert yeni mexanizm barədə detalları açıqladı - Baku TV
- Vətəndaşlar kredit almaq imkanını özləri məhdudlaşdıra biləcəklər
- Ev almaq, yoxsa pulu banka qoyub kirayədə qalmaq daha sərfəlidir? - Baku TV
- Manatla bağlı vacib açıqlama | "Dolların məzənnəsinin dəyişməsinə görə..." - Baku TV
