İqtisadiyyat
Pleyeri seçin:
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarı
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə AMB xəbər yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10% saxlanılıb.
“Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib”, – deyə AMB bəyan edib.
Qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir.
Kopyalandı
Seçilmişlər