Pleyeri seçin:

Nələr bahalaşdı, nələr ucuzlaşdı? - Meyvə-tərəvəz, çörək, düyü...

09 aprel 2024 344 baxış

2024-cü ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,4 faiz, əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, istehlak qiymətləri indeksi ötən ilin mart ayı ilə müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz olub.

Məlumata əsasən, artım düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın qiymətində olub.

Azalma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,0 %, ötən ilin eyni dövrünə nisbətən isə 101,1 % təşkil edib.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 102,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, mehmanxanalarda gecələmə xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

SOCAR Yaponiyanın bu şirkəti ilə əməkdaşlığa başlayır - Baku TV

SOCAR Yaponiyanın bu şirkəti ilə əməkdaşlığa başlayır - Baku TV

İqtisadiyyat
03 fevral 2026 344 baxış
SOCAR istiqrazları üzrə növbəti ödəniş edildi | Detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları üzrə növbəti ödəniş edildi | Detallar açıqlandı - Baku TV

İqtisadiyyat
02 fevral 2026 344 baxış
Yeni metrostansiyaların tikilməsi mənzil bazarına necə təsir edəcək? | Ekspertlər danışdı - Baku TV

Yeni metrostansiyaların tikilməsi mənzil bazarına necə təsir edəcək? | Ekspertlər danışdı - Baku TV

İqtisadiyyat
02 fevral 2026 344 baxış
"Qərbi Çıraq" platformasından hasil edilən neftin həcmi açıqlanıb - Baku TV

"Qərbi Çıraq" platformasından hasil edilən neftin həcmi açıqlanıb - Baku TV

İqtisadiyyat
29 yanvar 2026 344 baxış
Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulur | Strateji önəm daşıyan layihə - Baku TV

Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulur | Strateji önəm daşıyan layihə - Baku TV

İqtisadiyyat
29 yanvar 2026 344 baxış
Naxçıvanın ÜDM-i 2025-ci ildə 3,8 faiz artıb

Naxçıvanın ÜDM-i 2025-ci ildə 3,8 faiz artıb

İqtisadiyyat
29 yanvar 2026 344 baxış
"Qərbi Abşeron" yatağında ən yüksək göstərici qeydə alındı - Baku TV

"Qərbi Abşeron" yatağında ən yüksək göstərici qeydə alındı - Baku TV

İqtisadiyyat
26 yanvar 2026 344 baxış
Azərbaycan ÜİF-nin "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulub - Baku TV

Azərbaycan ÜİF-nin "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulub - Baku TV

İqtisadiyyat
26 yanvar 2026 344 baxış
Kot-d'İvuarda yerləşən neft-qaz yatağından 2023-cü ildən hasilata başlanılıb - Baku TV

Kot-d'İvuarda yerləşən neft-qaz yatağından 2023-cü ildən hasilata başlanılıb - Baku TV

İqtisadiyyat
22 yanvar 2026 344 baxış
SOCAR "Boston Consulting Group" ilə yeni enerji trendlərini müzakirə edib - Baku TV

SOCAR "Boston Consulting Group" ilə yeni enerji trendlərini müzakirə edib - Baku TV

İqtisadiyyat
22 yanvar 2026 344 baxış
Seçilmişlər
icon