ABŞ dəstəklədi, amma məqsəd Rusiyanı... | Zəngəzur dəhlizi barədə qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb.
Bunu İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O bildirib ki, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb:
“Bu gücün ən bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana çevik və qətiyyətli reaksiya verməsi idi. Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd göstərdikdə bu layihə, əslində, İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsini pozdu.
Co Baydenin özü də ABŞ prezidenti vəzifəsini icra edərkən etiraf edib ki, dəhlizin işə salınması üçün hər şey hazırdır, lakin bu layihənin həyata keçirilməsinə İran mane oldu. Bu bəyanat onu göstərir ki, İran hətta Rusiyanın dəstəyi olmadan belə ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olub”.
Əli Əkbər Vilayəti vurğulayıb ki, Zəngəzur dəhlizi daxilində son məqsəd təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaq idi: “Lakin bu layihə də uğursuzluğa düçar oldu”.
#İran teqi istifadə olunub
- İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
