ABŞ Dövlət Departamentindən xarici işlər nazirlərinin görüşü barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanla davamlı və qalıcı sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamenti¬nin mətbuat katibi Metyu Miller Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşə dair yayımladığı bəyanatda qeyd edib.
O bildirib ki, görüşdə regional əlaqələrin təşviqində sülhün vacibliyi vurğulanıb.
Dövlət katibi sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün gələcək addımların atılmasını təşviq edib ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək.
Qeyd edək ki, iyulun 10-da ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
