Pleyeri seçin:

ABŞ Putini devirmək istəyir

17 may 2023 108 baxış

“Mərkəzi Kəşfiyyat İdarəsinin bu addımı onu göstərir ki, ABŞ açıq şəkildə Rusiya Prezidenti Vladimir Putini zəiflətmək və devirmək istəyir”.

Bunu rusiyalı politoloq Darya Qrevtsova ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rus dilində video hazırlayıb, “Telegram” kanalında paylaşaraq rusiyalıları casusluğa dəvət etməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, məxfi məlumatlara əlləri çatan Rusiya vətəndaşlarının idarəyə müraciətləri ABŞ-nin işini daha da asanlaşdıracaq. Amerikalılar bu insanların vasitəsilə daha rahat şəkildə lazımi informasiyanı əldə edəcəklər. Daha sonra isə həmin məxfi məlumatları Rusiya Federasiyası və rəhbərliyə qarşı istifadə edəcəklər.

“Gördüyümüz kimi, bunları Ukrayna deyil, Mərkəzi Kəşfiyyat İdarəsi həyata keçirir. İndiyə qədər deyirdik ki, müharibə Rusiya ilə Ukrayna arasında yox, Rusiya ilə ABŞ arasında gedir. İndi baş verənlər dediklərimizi təsdiqləyir. ABŞ-də isə bunu artıq gizlətmirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, layihədə iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri CNN-ə açıqlamalarında bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq ABŞ belə bir tarixi addım atmaq qərarına gəlib. Rusiyalılar üçün unikal fürsət yaradılıb ki, ABŞ ilə birbaşa əlaqəyə keçə bilsinlər. “Biz rusiyalılara öz ana dillərində çatdırmaq istəyirik ki, onların yanındayıq, nələr yaşadıqlarını bilirik. Çəkinmədən bizə müraciət etsinlər”, – deyə açıqlamada qeyd edilib.

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Siyasət
23 dekabr 2025 108 baxış
Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Siyasət
23 dekabr 2025 108 baxış
"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 108 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 108 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 108 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 108 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 108 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 108 baxış
Seçilmişlər
icon