Albaniya Prezidenti zəlzələdə Azərbaycanın göstərdiyi köməyə görə təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni müzakirə etdik”.
Bunu Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
“Ukraynanın bərpasına həsr edilmiş konfransda ölkələrimizin iştirakı Ukraynanı dinc və inkişaf etmiş görməyimizlə bağlı iradəmizin göstəricisidir. Bu məqamda biz bir daha Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik. Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir.
2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya olan dəstəyi də həmin qəbildəndir. Mən Prezident Əliyevə həmin çətin günlərdə yanımızda olduğuna görə bir daha təşəkkürümü bildirdim. Əsl dost dar gündə tanınar”, – Albaniya Prezidenti qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
