Pleyeri seçin:

Albaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

31 oktyabr 2024 345 baxış

Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəyə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini qeyd edib.

Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələr arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib.

Ölkələrin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.

Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələr və xalqlar arasında dostluğun və mədəni əlaqələrin önəminə toxunub.

O, Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olunub, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirilib.

Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Siyasət
10 mart 2026 345 baxış
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Siyasət
10 mart 2026 345 baxış
Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 345 baxış
Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Siyasət
10 mart 2026 345 baxış
Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 345 baxış
İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

Siyasət
10 mart 2026 345 baxış
ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 345 baxış
Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Siyasət
10 mart 2026 345 baxış
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək - Baku TV

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək - Baku TV

Siyasət
10 mart 2026 345 baxış
Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
09 mart 2026 345 baxış
Seçilmişlər
icon