Pleyeri seçin:

Almaniya Kansleri Olaf Şoltzla Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub

10 noyabr 2024 463 baxış

Noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti bildirib.

Telefon danışığı zamanı Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib.

Kansler COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Dövlət başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

Olaf Şoltz Almaniyanın Azərbaycanla Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib.

Dövlət başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

XIII Qlobal Bakı Forumunun mətbuat konfransı - Baku TV CANLI

XIII Qlobal Bakı Forumunun mətbuat konfransı - Baku TV CANLI

Siyasət
11 mart 2026 463 baxış
Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Xarici ölkə nümayəndələrinin İrandan Azərbaycana təxliyəsi davam edir - Baku TV

Siyasət
11 mart 2026 463 baxış
Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV

Siyasət
10 mart 2026 463 baxış
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar - türk tarixinin izi

Siyasət
10 mart 2026 463 baxış
Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Müharibənin nəticəsi kimi Çin və Türkiyə Yaxın Şərqdə çoxqütblü model quracaq? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 463 baxış
Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

Siyasət
10 mart 2026 463 baxış
Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Ərəb-İran müharibəsi başlaya bilərmi? - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 463 baxış
İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV

Siyasət
10 mart 2026 463 baxış
ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM

Siyasət
10 mart 2026 463 baxış
Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR

Siyasət
10 mart 2026 463 baxış
Seçilmişlər
icon