Almaniyadakı soydaşlarımızdan Prezidentə dəstək aksiyası
Azərbaycan icması Berlində Brandenburq qapısı önündə Azərbaycana və Prezident İlham Əliyevə dəstək aksiyası keçirib.
"Koroğlu" uvertürasının sədaları altında baş tutan aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl işlər gördüyü vurğulanıb, ölkəmizə qarşı təzyiq cəhdləri yolverilməz sayılıb. Nümayişdə alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, daha sonra Kansler Olaf Şoltsla görüşüb. Dövlət başçısının Almaniyaya səfərindən narahat olan erməni diasporu və bəzi dairələr aprelin 26-da Berlindəki Federal Kansler binasında etiraz aksiyası keçirib.
Regionda sülh üçün yaxşı imkanların yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışıblar və eyni zamanda aksiyada bu yöndə təxribat xarakterli şüarlar səsləndiriblər.
#Almaniya teqi istifadə olunub
- Tədarük olunan qazın həcmi ildə təxminən 2 milyard kubmetrdir | Ralf Horlemann - Baku TV
- Bu ölkələr Ukrayna üçün uzaqmənzilli silah istehsalını artırır
- Hamburqdan mühüm xəbər | Azərbaycanlı mühəndislər Almaniyada toplandı - Baku TV
- Narazılıq rekord həddə çatdı
- "Hədələdilər ki, sizi..." - Almaniyada təhsil arzusu görün necə qalmaqal yaratdı - Baku TV
