Siyasət
Pleyeri seçin:

Ayxan Hacızadə Ermənistanın iddialarına belə cavab verdi | Heç bir nəticə verməyəcək

10 sentyabr 2024

Ermənistan Baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir:

"Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək.

Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil”.

XİN-in məlumatında qeyd edilib ki, Ermənistan tərəfinin bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır.

Putin və Paşinyanın görüşündə diqqətçəkən məqamlar | Detallar üzə çıxdı

Putin və Paşinyanın görüşündə diqqətçəkən məqamlar | Detallar üzə çıxdı

Siyasət
09 oktyabr 2024
Kərim Vəliyevin NATO nümayəndə heyəti ilə görüşündə mühüm müzakirələr

Kərim Vəliyevin NATO nümayəndə heyəti ilə görüşündə mühüm müzakirələr

Siyasət
09 oktyabr 2024
Amfibiya təyyarəmiz Türkiyədə | Yanğınsöndürmə əməliyyatından görüntülər

Amfibiya təyyarəmiz Türkiyədə | Yanğınsöndürmə əməliyyatından görüntülər

Siyasət
09 oktyabr 2024
Laçınla bağlı tarixi xəbər | Sərhədlərimizdə casusluq | İrəvan nə istəyir? - SALAM BAKU

Laçınla bağlı tarixi xəbər | Sərhədlərimizdə casusluq | İrəvan nə istəyir? - SALAM BAKU

Siyasət
09 oktyabr 2024
Kərim Vəliyev Bakıda NATO generalı ilə görüşdü | MN-dən vacib məlumat

Kərim Vəliyev Bakıda NATO generalı ilə görüşdü | MN-dən vacib məlumat

Siyasət
09 oktyabr 2024
Hadrutun azadlığının dördüncü ili | İlham Əliyev tarixi günlə bağlı paylaşım etdi

Hadrutun azadlığının dördüncü ili | İlham Əliyev tarixi günlə bağlı paylaşım etdi

Siyasət
09 oktyabr 2024
İlham Əliyevdən Moskvada "Rossiya-1" telekanalına özəl açıqlamalar

İlham Əliyevdən Moskvada "Rossiya-1" telekanalına özəl açıqlamalar

Siyasət
09 oktyabr 2024
Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirdi

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirdi

Siyasət
09 oktyabr 2024
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" kanalının sualını cavablandırdı

Prezident İlham Əliyev Moskvada "Rossiya-1" kanalının sualını cavablandırdı

Siyasət
09 oktyabr 2024
İrəvan Moskvanı nədə günahkar görür? | ABŞ sülhlə bağlı bunları vəd edir

İrəvan Moskvanı nədə günahkar görür? | ABŞ sülhlə bağlı bunları vəd edir

Siyasət
08 oktyabr 2024
Seçilmişlər
icon