Siyasət
Pleyeri seçin:

Ayxan Hacızadə sərhədə qoşun yığması ilə bağlı Ermənistana belə cavab verdi

06 aprel 2024

“Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə Silahlı Qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

Xarici İşlər Nazirliyi (XİN) belə bəyanatla çıxış edib.

“Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır”, – deyə XİN bildirib.

Bəyanatda daha sonra qeyd olunub: “Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi. Qeyd edilən çağırışlar fonunda müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir”.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bakı prosesi davam edir

Siyasət
02 may 2024
Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə, nə baş verər? - BAKU ANALİTİK

Siyasət
02 may 2024
Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Yeni Kaledoniyadan Azərbaycan Prezidentinə böyük rəğbət

Siyasət
02 may 2024
Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Kəndlərin Azərbaycana qaytarılmasına qarşı etirazlar | 31 radikal saxlanıldı

Siyasət
02 may 2024
BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

BTQ-nin fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var | Abbas Abbasov

Siyasət
02 may 2024
300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

300 min azərbaycanlının qayıdışı – İrəvan kuluarlarında nələr müzakirə edilir?

Siyasət
02 may 2024
Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Mədəniyyətlərarası forumun iştirakçısı dünyaya çağırış etdi

Siyasət
02 may 2024
Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Frankofoniyanın Qarabağda nə işi var idi? | Separatizm “toxumu”

Siyasət
02 may 2024
Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

Siyasət
02 may 2024
ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

ABŞ-dən Azərbaycana qarşı qərəzli çağırış | Qarabağdan köçən ermənilərə 200 milyon…

Siyasət
02 may 2024
Seçilmişlər
icon