Pleyeri seçin:

Ayxan Hacızadədən İran XİN-in əsassız iddialarına cavab | “Bu barədə heç bir məlumat...”

05 avqust 2025 486 baxış

“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin Azərbaycanda saxlanılan iranlı məhbuslara pis rəftar edildiyi ilə bağlı səsləndirdiyi iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlama verib.

Onun sözlərinə görə, bütün İran vətəndaşları ilə bağlı məlumatlar “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasına uyğun şəkildə rəsmi olaraq İran tərəfinə təqdim olunur.

Ayxan Hacizadənin sözlərinə görə, İran vətəndaşı olan məhkumlara telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və hətta bəzi hallarda videobağlantı əsasında ünsiyyət qurmaq imkanları yaradılıb.

Həmçinin bu şəxslər mütəmadi olaraq tibbi müayinələrdən keçirilir, İran səfirliyi tərəfindən gətirilmiş dərman preparatları isə normativ tələblərə uyğun şəkildə məhkumlara çatdırılır.

2025-ci il ərzində İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 İran vətəndaşı arasında konsul görüşlərinin keçirilməsinə şərait yaradılıb. Sonuncu belə görüş iyulun 31-də iki İran vətəndaşı ilə baş tutub.

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 486 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 486 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 486 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 486 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 486 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 486 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 486 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 486 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 486 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 486 baxış
Seçilmişlər
icon