Siyasət
Pleyeri seçin:

Azərbaycan AŞPA üçün əhəmiyyətli ölkədir | Araxamiya Ukraynanın mövqeyini açıqladı

09 fevral 2024

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli münasibətlərdən sonra nümayəndə heyətimizin bu qurumda fəaliyyətini dayandırması beynəlxalq gündəmin diqqətini çəkib.

Ukrayna Ali Radasında hakim Xalqın Xidmətçisi partiyasının fraksiya rəhbəri, beynəlxalq danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən David Araxamiya Baku TV-nin Şərqi Avropa bürosuna rəsmi Kiyevin bu mövzuda mövqeyini açıqlayıb.

“AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır. Bununla bağlı emosiyaları kənara qoymaq lazımdır. Bizim Xarici Əlaqələr Komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət etmək təşəbbüsü ilə çıxış etdi.

Azərbaycan və onun bu qurumdakı nümayəndə heyəti uzun illər, onilliklər ərzində çox səmərəli işləyir, Avropanın bütün dəyərlərini, multikulturalizmi, demokratik dəyərləri və s. bölüşür. Buna görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq bir az da hər iki tərəfin emosiyalarından qaynaqlanır. Biz belə hadisələrin baş verdiyini görəndə anlayırıq ki, birlik çox vacibdir. Buna görə də istəyirik ki, müharibə şəraitində olan ölkə olaraq hər iki tərəfə müraciət edək. Onlar danışıqlar masası arxasına əyləşib həll yolu tapsınlar”, – o bildirib.

Qeyd edək ki, Ukrayna parlamentinin deputatları da bu mövzuda Avropa Şurasında irad bildiriblər.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon