Pleyeri seçin:

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

17 mart 2025 525 baxış

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlikdə keçirilən görüşdə müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan qələbələrdən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar, azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraiti barədə həmkarını məlumatlandırıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Z.Helez göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Qonaq qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə təkan verdiyini qeyd edərək səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədilə mütəxəssislərdən ibarət işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Bosniya və Hersoqovinanın "Sülh Naminə Tərəfdaşlıq" proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində müsbət əməkdaşlıq təcrübəsinin olduğu və hər iki ölkənin hərbi qulluqçularının beynəlxalq təlimlərdə uğurla iştirakı xüsusi qeyd edilib.

Görüşün sonunda ölkələr arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunub, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 525 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 525 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 525 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 525 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 525 baxış
Seçilmişlər
icon