Siyasət
Pleyeri seçin:

Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

06 dekabr 2023

Noyabrın 21-də Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında yazıb.

Sənəddə qeyd olunub ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini soyqırıma məruz qoyub.

Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olub. Həmçinin bildirilib ki, Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti və bu qəbildən olan digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.

Müraciətdə həmçinin qeyd olunub ki, Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.

Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan da öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon