Pleyeri seçin:

Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuran hadisələr | Ayxan Hacızadədən açıqlama

01 iyul 2025 516 baxış

“Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Interfax” agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində yer alıb.

“Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır. Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab M.Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur.

M.Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ləğvinin ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük”, ‒ deyə o bildirib.

Ayxan Hacızadə qeyd edib ki, minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir.

“Azərbaycan haqlı olaraq özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir”, ‒ deyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 516 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 516 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
"Bu sahə qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq" | Prezident İlham Əliyev - Baku TV

"Bu sahə qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
"Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA

"Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA

Siyasət
22 iyun 2026 516 baxış
"Münasibətlərimiz möhkəm tarixi bağlar üzərində qurulub" | İlham Əliyev - Baku TV

"Münasibətlərimiz möhkəm tarixi bağlar üzərində qurulub" | İlham Əliyev - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
Azərbaycan və Türkmənistan prezidentlərindən mühüm açıqlamalar

Azərbaycan və Türkmənistan prezidentlərindən mühüm açıqlamalar

Siyasət
22 iyun 2026 516 baxış
İlham Əliyev və Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı - Baku TV

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun mətbuata bəyanatlarla çıxışı - Baku TV

Siyasət
22 iyun 2026 516 baxış
Seçilmişlər
icon