Pleyeri seçin:
Azərbaycan-Türkiyə tərəfdaşlığının əhəmiyyəti vurğulanıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə toplantısından əvvəl türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb. Görüşdə tərəflər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Müzakirələr siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə aparılıb. Nazirlər TDT çərçivəsində həmrəylik və əməkdaşlığın tərəfdaşlığın dərinləşdirilməsi və firavan gələcəyin qurulması baxımından yüksək əhəmiyyət daşıdığını qeyd ediblər. C.Bayramov qeyd edib ki, qardaşlıq ittifaqı və strateji tərəfdaşlıq güclənməyə davam edir.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV
- "Bu, Araz çayı üzərində ən yüksək buraxılış qabiliyyəti olan körpü olacaq" – Ceyhun Bayramov
- Ceyhun Bayramov İranla birgə layihələr barədə açıqlama verdi - Baku TV
- Azərbaycan və İran XİN başçılarının birgə mətbuat konfransı - Baku TV CANLI
- Ceyhun Bayramov Vyanada bir sıra görüşlər keçirdi - Baku TV
