Siyasət
Pleyeri seçin:

Azərbaycan, Türkiyə və Pakistan liderləri Astanada nələri müzakirə etdi?

04 iyul 2024

Azərbaycan, Türkiyə və Pakistan tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır.

Bu barədə iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşdə bildirilib.

Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir və bunun gələcəkdə də davam etdirilməsi vacibdir.

Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib. Üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb.

Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib və təklif məmnunluqla qəbul olunub.

Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb. Azərbaycan Prezidenti Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib və Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Siyasət
06 iyul 2024
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Siyasət
06 iyul 2024
Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Siyasət
06 iyul 2024
Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Siyasət
06 iyul 2024
Şuşada TDT XİN başçılarının qeyri-rəsmi iclasından görüntülər

Şuşada TDT XİN başçılarının qeyri-rəsmi iclasından görüntülər

Siyasət
06 iyul 2024
Şuşada keçirilən Zirvə görüşündə mühüm sənədlər imzalana bilər

Şuşada keçirilən Zirvə görüşündə mühüm sənədlər imzalana bilər

Siyasət
06 iyul 2024
İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik etdi

İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik etdi

Siyasət
06 iyul 2024
Şuşada TDT-nin qeyri-rəsmi Zirvə toplantısı keçirilir

Şuşada TDT-nin qeyri-rəsmi Zirvə toplantısı keçirilir

Siyasət
06 iyul 2024
Merih Demirala qarşı tətbiq edilən cəza ədalətsizdir | İlham Əliyev

Merih Demirala qarşı tətbiq edilən cəza ədalətsizdir | İlham Əliyev

Siyasət
06 iyul 2024
Qazaxıstan Prezidenti Füzuli hava limanında qarşılandı

Qazaxıstan Prezidenti Füzuli hava limanında qarşılandı

Siyasət
06 iyul 2024
Seçilmişlər
icon