Azərbaycan və BƏƏ liderləri Şuşada | Rəsmi qarşılanma mərasimindən görüntülər
Sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Lord Olderdays ilə nələrdən danışdı?
- Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Bakıda
- İlham Əliyev “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti ilə nələri müzakirə etdi?
- İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti ilə görüşdü
- Azərbaycan-Slovakiya münasibətləri | Tailand və Kamboca arasında gərginlik - YENİ BİR SƏHƏR
