Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq münasibətlərində yeni mərhələ başlayır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Mərkəzi Asiya siyasətində son illərin ən diqqətçəkən istiqamətlərindən biri Qırğızıstanla münasibətlərin sürətlə inkişaf etməsidir. Vaxtilə daha çox ortaq tarix, dil və mədəniyyət üzərində qurulan əlaqələr artıq konkret siyasi, iqtisadi və geostrateji məzmun qazanıb. Rəqəmlər göstərir ki, Bakı ilə Bişkek arasında əməkdaşlıq tarixinin ən yüksək mərhələsinə çatır.
Diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulsa da, son 5 il əlaqələrdə tamamilə yeni dinamika yaradıb. Təkcə bu müddətdə 2 ölkə lideri arasında 13 yüksək səviyyəli qarşılıqlı səfər baş tutub. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda nadir müşahidə olunan siyasi intensivlik hesab edilir.
Bu günə qədər Azərbaycan və Qırğızıstan arasında 105 sənəd imzalanıb. Strateji tərəfdaşlıq haqqında Bəyannamədən sonra növbəti mərhələnin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsi gözlənilir. Bu isə münasibətlərin yalnız siyasi deyil, təhlükəsizlik, iqtisadiyyat və regional koordinasiya baxımından da yeni mərhələyə keçməsi deməkdir.
Əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biri iqtisadiyyatdır. 2025-ci ildə 2 ölkə arasında ticarət dövriyyəsi 77 milyon dollardan çox olub. Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın Qırğızıstan şirkəti biznes əlaqələrinin genişləndiyini göstərir. İqtisadi əməkdaşlığın əsas alətlərindən biri olan Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı artıq 100 milyon dollara çatdırılıb. Fond indiyədək ümumi dəyəri 52,7 milyon dollar olan layihələri maliyyələşdirib və daha onlarla yeni investisiya müraciətinə baxılır.
Nəqliyyat və logistika sahəsində də tərəflər Orta Dəhlizin imkanlarından maksimum yararlanmağa çalışırlar. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqalarından biri kimi Mərkəzi Asiyanı Avropa bazarlarına bağlayan strateji tranzit haba çevrilib. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və perspektivdə Zəngəzur dəhlizi Qırğızıstan üçün də yeni ixrac imkanları yaradır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV
- İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV
- Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV
