Azərbaycan və Türkiyə liderləri İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində çıxış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırıb. Nazir bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür edib.
#Türkiyə teqi istifadə olunub
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
- Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi
- Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb
- Müəllimlərin də öldürüldüyü hadisə barədə şok təfərrüat | Türkiyədə qanlı hücum - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Üç kəndə silahlı hücum - Baku TV
