Pleyeri seçin:

Azərbaycanın 4-cü böyük tərəfdaşı | İki ölkə arasındakı ticarət dövriyyəsi nə qədərdir?

22 aprel 2025 426 baxış

Çin dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır.

Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.

Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.

2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olub.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi model kimi çıxış edir.

Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir.

Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.

Prezident İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu

Prezident İlham Əliyevin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu

Siyasət
12 mart 2026 426 baxış
Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - Baku TV

Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - Baku TV

Siyasət
11 mart 2026 426 baxış
Azərbaycan bu göstəriciyə görə dünyada bir nömrəli ölkədir - Baku TV

Azərbaycan bu göstəriciyə görə dünyada bir nömrəli ölkədir - Baku TV

Siyasət
11 mart 2026 426 baxış
Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV

Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV

Siyasət
11 mart 2026 426 baxış
Moldova Respublikasının xarici işlər naziri cənab Mihay Popşoy ilə eksklüziv müsahibə - RƏSMİLƏR

Moldova Respublikasının xarici işlər naziri cənab Mihay Popşoy ilə eksklüziv müsahibə - RƏSMİLƏR

Siyasət
11 mart 2026 426 baxış
Prezident və Koştanın bəyanatlarla çıxışı

Prezident və Koştanın bəyanatlarla çıxışı

Siyasət
11 mart 2026 426 baxış
İlham Əliyev və Aİ Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

İlham Əliyev və Aİ Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - Baku TV

Siyasət
11 mart 2026 426 baxış
Müctəba Xameneidən dünyaya meydan oxuyan qərar: Bütün nüvə müqavilələri ləğv edildi! - AKTUAL GÜNDƏM

Müctəba Xameneidən dünyaya meydan oxuyan qərar: Bütün nüvə müqavilələri ləğv edildi! - AKTUAL GÜNDƏM

Siyasət
11 mart 2026 426 baxış
XIII Qlobal Bakı Forumuna həsr olunan mətbuat konfransı keçirilib

XIII Qlobal Bakı Forumuna həsr olunan mətbuat konfransı keçirilib

Siyasət
11 mart 2026 426 baxış
Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV CANLI

Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV CANLI

Siyasət
11 mart 2026 426 baxış
Seçilmişlər
icon