Siyasət
Pleyeri seçin:

Azərbaycanın Qoşulmama Hərəkatında rolu

04 iyul 2023

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasında Azərbaycanın beynəlxalq inteqrasiyası mühüm istiqamət kimi qorunmaqdadır.

Dünya dövlətləri ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli münasibətlərlə bərabər, BMT başda olmaqla beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr bu platformada dövlətin xarici siyasətinin təməl prinsiplərinə daxildir.

Bu çərçivədə Azərbaycanın Qoşulmama Hərəkatındakı yeri və rolu xüsusilə fərqlənir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində, eləcə də keçmiş Dağlıq Qarabağ probleminin həlli prosesində Qoşulmama Hərəkatının imkanlarından məharətlə istifadə edib, o cümlədən qurumun fəaliyyətinin dinamik yüksəlişinə töhfələr verib.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 2019-cu il oktyabrın 25-i və 26-sı tarixində Bakıda Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirə BMT-yə üzv 120 dövlətin və 42 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri qatılıb.

Bütün parametrlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib. Azərbaycan sədrlik etdiyi dövrdə sərt prinsipiallıqla təşkilatın özünə inamını maksimum həddə gücləndirib. Bu isə dünya ictimaiyyətinin BMT-də struktur və idarəetmə islahatlarının aparılmasının tələb edildiyi bir dövrdə Türkiyə və Azərbaycan başda olmaqla bir sıra ölkələrin milli maraq və mənafelərini özündə əks etdirir.

Sadaladığımız faktlar əsasında deyə bilərik ki, qarşıdakı onillikdə Qoşulmama Hərəkatı beynəlxalq proseslərə təsir imkanlarını daha da artırmaqla bərabər, quruma üzv ölkələrin qarşılıqlı inteqrasiyasına, eləcə də tərəflərin iqtisadi inkişaf dinamikasına yeni üfüqlər açacaq.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon