Siyasət
Pleyeri seçin:
Azərbaycanla 3 prinsip əsasında sülh sazişi imzalamağa hazırıq | Paşinyan
“Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır.
Hökumət başçısı bildirib ki, təklif etdikləri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.
Kopyalandı
Seçilmişlər