Azərbaycanla Türkiyə arasında vacib razılaşma | Dəyişikliklər açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, bununla bağlı imzalanmış sazişlə qarşı tərəf Azərbaycana münasibətdə yalnız hüquqi şəxslər üçün mənfəət vergisi, fiziki şəxslər üçün isə gəlir vergisi tətbiq edəcək: "Ölkələrdən birinin rezidentinin digər ölkədə vergiyə cəlb edilə bilən gəliri olduqda, rezidenti olduğu ölkə onu eyni məbləğdə gəlir vergisindən azad edəcək. Sadə dillə desək, Azərbaycan vətəndaşı Türkiyədə gəlir vergisinə cəlb edilsə, onun ölkəmizdə ödəyəcəyi vergi həmin məbləğdə azaldılacaq".
"Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 31 % artaraq 7,65 milyard ABŞ dollarına çatıb. Hazırda Türkiyədə 2,8 min Azərbaycan şirkəti, Azərbaycanda isə 5 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir", – deyə T.Mirkişili əlavə edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
