Siyasət
Pleyeri seçin:

Azərbaycanlı namizəddən İrana sərt tənqid | Bütün dünyanın düşməniyik, amma...

24 iyun 2024

Prezidentliyə namizəd, milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkianın İranda qeyri-farslara qarşı münasibət, Tehran hökumətinin qonşu ölkələrlə, xüsusən Azərbaycan və Türkiyə ilə bağlı siyasətini tənqid edən çıxışının mətni yayılıb.

Prezidentliyə namizədə yaxın mənbələrin yaydığı mətn belədir:

“Niyə ölkədə müəyyən bir qrup hakimiyyət olmalıdır?! Bu cəmiyyətdə farslar, türklər, ərəblər yaşayırlar. Bəzilərini qəbul edir, bəzilərini isə özümüz üçün təhlükə hesab edirik. Bir çox etnik qrupların cəmiyyətimizdə yeri yoxdur. Niyə ölkədə xüsusi qrup güc sahibi olmalıdır?

Ümumiyyətlə, türklər bu məmləkətdə tayfa deyil, onlar bu ölkədə imperiya qurmuş millətdir. Biz “azəri” deyilik, türkdən doğulmuşuq, türkük. Bu ölkədə millətləri düşmən görmək siyasətinə son qoyulmalıdır. Bu insanlar İranın ən böyük sərvətidir.

Ölkəmiz bütün dünyanın düşmənidir. Qonşu dövlətlərlə problemimiz var. Hamının daxili işinə qarışırıq, hamını düşmən elan etmişik.

İran başqa ölkələrin daxili işlərinə qarışmamalı, mehriban qonşuluq siyasətini həyata keçirməlidir. Əgər bir qonşu dünyəvi ölkədirsə, biz onun hökumət strukturuna hörmət etməli, inqilab ixrac etməməliyik. Bir çox dövlətlər bizi təhlükə hesab edir. Onlar özləri seçim etməlidirlər. İran bu sərt və düşmənçilik siyasətindən əl çəkməlidir.

Azərbaycan Respublikası ilə əlaqələr bizim xüsusi diqqətimizdə olmalıdır. Bəlkə də, tarixdə İran və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə yoxdur. Bu mədəni-tarixi yaxınlığı aktiv bir yaxınlığa çevirsək, daha çox fayda görməyəcəyik? Azərbaycan bizim üçün üstünlükdür, bu ölkəni yanımızda saxlamalıyıq.

Bir anlıq düşünün, Azərbaycan Cənubi Qafqazda mühüm mövqeyə malikdir. Biz Azərbaycana qarşı sərt siyasəti davam etdirsək, Azərbaycan İrana düşmən olan daha çox dövləti regiona gətirmək iqtidarındadır.

Ən mühüm məqam odur ki, “Qəsr Şirin” sülh müqaviləsindən sonra Türkiyə ilə İran arasında heç bir müharibə olmayıb, ona görə də Türkiyə ilə normal münasibətlər mümkündür. Ermənistan da bizimlə qonşu ölkədir və biz Ermənistanla normal münasibətlərimizi davam etdirməli, ticarətimizi inkişaf etdirməliyik. Biz Azərbaycan və Ermənistanı səmimi şəkildə dəstəkləməli, yekun sülh üçün kömək etməliyik”.

Müdafiə Naziri Belarusda hərbçilərimizin paradını izlədi | Mərasimdən görüntülər

Müdafiə Naziri Belarusda hərbçilərimizin paradını izlədi | Mərasimdən görüntülər

Siyasət
03 iyul 2024
Şuşada keçiriləcək Zirvə görüşündə əsas hansı mövzular müzakirə ediləcək?

Şuşada keçiriləcək Zirvə görüşündə əsas hansı mövzular müzakirə ediləcək?

Siyasət
03 iyul 2024
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü

Siyasət
03 iyul 2024
I Pavelin qızının şərəfinə adlandırılan Oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

I Pavelin qızının şərəfinə adlandırılan Oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 iyul 2024
Prezident Azərbaycanda rus dilində təhsil alan şagirdlərdən danışdı

Prezident Azərbaycanda rus dilində təhsil alan şagirdlərdən danışdı

Siyasət
03 iyul 2024
Bu barədə daha ətraflı danışacağıq | Prezident İlham Əliyev

Bu barədə daha ətraflı danışacağıq | Prezident İlham Əliyev

Siyasət
03 iyul 2024
İlham Əliyev və Putinin Astana görüşündə mühüm müzakirə

İlham Əliyev və Putinin Astana görüşündə mühüm müzakirə

Siyasət
03 iyul 2024
Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri nələrdir?

Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri nələrdir?

Siyasət
03 iyul 2024
Putindən Azərbaycanda rus dilinin dəstəklənməsinə münasibət

Putindən Azərbaycanda rus dilinin dəstəklənməsinə münasibət

Siyasət
03 iyul 2024
Putin Rusiya-Azərbaycan arasındakı iqtisadi əlaqələrdən danışdı

Putin Rusiya-Azərbaycan arasındakı iqtisadi əlaqələrdən danışdı

Siyasət
03 iyul 2024
Seçilmişlər
icon