Siyasət
Pleyeri seçin:

Badalyan Rusiyanı zəif gördü: Ermənistanda hakimiyyəti dəyişəcək gücləri yoxdur

27 oktyabr 2023 1 baxış

“Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində yeni prosesin başladığını elan edib. Hakim siyasi güc öz planının ikinci bəndini, yəni Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun zərərsizləşdirilməsini həyata keçirməyə başlayır ki, bu da Ermənistanın Rusiya ilə bütün hərbi təşkilat və birləşmələrdə üzvlüyünün dondurulmasını nəzərdə tutur”.

Bu sözləri siyasi texnoloq Armen Badalyan deyib.

“Ermənistanda Rusiya tərəfdarları yoxdur və hazırda ölkədə anti-Rusiya əhvali-ruhiyyəsi indeksi ən yüksək səviyyədədir. Digər tərəfdən Rusiya Gürcüstan və ya Ukrayna kimi Ermənistanla həmsərhəd ölkə deyil ki, sərhəddən yardım etsin, Ermənistan Rusiyadan uzaq ərazidir və burada Ermənistanı saxlaya bilmək üçün ciddi problemlər var. Ona görə də Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək üçün siyasi gücü yoxdur, hətta müxalifət fraksiyaları arasında da rusiyapərəst qüvvə yoxdur. Təbii ki, Rusiya tərəfi də bunu yaxşı başa düşür”, – Badalyan qeyd edib.

O hesab edir ki, Qərb Ermınistanda güclənəndə Rusiyanın təsiri sadəcə olaraq yox olacaq, Rusiya tərəfi heç nə edə bilməyəcək. Siyasi texnoloq Paşinyanın siyasi karyerasını necə başa vuracağı ilə maraqlanmadığını və bunun onun problemi olduğunu deyir.

“Lakin Qərb Rusiya faktorunu tamamilə neytrallaşdıra bilsə, o zaman Paşinyanın yerinə başqasını təyin edəcəklər və Paşinyan öz həyatını hansısa xarici ölkədə, Kanadada və ya Böyük Britaniyada davam etdirəcək”, – o vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə mövqeyini açıqlayan Badalyan deyib ki, Ermənistan Qərbin nəzarətinə keçərsə, o zaman bütün Ermənistan Zəngəzur dəhlizinə çevriləcək.

“Belə olan halda Azərbaycanın Zəngəzurdan təxminən 5 kilometr enində dəhlizə nəzarət etməyə ehtiyac yoxdur. O halda Ermənistan bütövlükdə Zəngəzur dəhlizinə çevrilir: Qərbin nəzarətində olan İrəvan-Qars-Göyçə-Qazax, İrəvan-Arazdəyən-Naxçıvan-Mehir dəmir yolu və bir neçə avtomobil yoları ümumilikdə dəhliz rolunu oynayacaq”, – Badalyan bildirib.

RUSİYADAN ETİRAF: AZAL təyyarəsi necə və niyə vuruldu?

RUSİYADAN ETİRAF: AZAL təyyarəsi necə və niyə vuruldu?

Siyasət
27 dekabr 2024 1 baxış
AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

Siyasət
27 dekabr 2024 1 baxış
Sahibə Qafarova AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmalardan danışdı

Sahibə Qafarova AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmalardan danışdı

Siyasət
27 dekabr 2024 1 baxış
AZAL təyyarəsi Bakıya niyə göndərilmədi? - Rusiyalı ekspertdən sensasiyalı açıqlamalar

AZAL təyyarəsi Bakıya niyə göndərilmədi? - Rusiyalı ekspertdən sensasiyalı açıqlamalar

Siyasət
27 dekabr 2024 1 baxış
Təyyarəmizi vurduğunu Rusiya niyə boynuna almır? - BAKU AKTUAL

Təyyarəmizi vurduğunu Rusiya niyə boynuna almır? - BAKU AKTUAL

Siyasət
27 dekabr 2024 1 baxış
Çeçenistan rəhbəri qəzaya görə cəzalandırılsa... | Rusiya Ordusu və Kadırov arasında nə baş verir?

Çeçenistan rəhbəri qəzaya görə cəzalandırılsa... | Rusiya Ordusu və Kadırov arasında nə baş verir?

Siyasət
27 dekabr 2024 1 baxış
Rusiya günahı kimlərin üzərinə atmağa çalışır? | Hadisələrin pərdəarxası

Rusiya günahı kimlərin üzərinə atmağa çalışır? | Hadisələrin pərdəarxası

Siyasət
27 dekabr 2024 1 baxış
“Qara qutu”nun nəticəsi nə vaxt bilinəcək? | Rusiya məsuliyyətdən boyun qaçırır?

“Qara qutu”nun nəticəsi nə vaxt bilinəcək? | Rusiya məsuliyyətdən boyun qaçırır?

Siyasət
27 dekabr 2024 1 baxış
Milli Məsclisin növbəti iclasında 17 məsələ müzakirə edilir

Milli Məsclisin növbəti iclasında 17 məsələ müzakirə edilir

Siyasət
27 dekabr 2024 1 baxış
Azərbaycanda vacib qanun təsdiqləndi | Detallar açıqlandı

Azərbaycanda vacib qanun təsdiqləndi | Detallar açıqlandı

Siyasət
27 dekabr 2024 1 baxış
Seçilmişlər
icon