Siyasət
Pleyeri seçin:

Bakı İrəvanı belə ağıllandırır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

25 aprel 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından, sərhədin delimitasiyası üzrə hər iki tərəfdən qurulan komissiyaların bu il aprelin 19-da iclasda əldə olunan razılaşmanın həm region, həm də Azərbaycan üçün mühüm hadisə olmasından bəhs edilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan məsələni ikitərəfli formatda həyata keçirilən təmaslarla həll edib:

“Bu, bir daha sübut edir ki, Bakı-İrəvan xəttində problemlərin həlli üçün üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac yoxdur, əksinə, belə müdaxilələr əlavə problemlər yaradır.

Uzunmüddətli düşmənçiliyə baxmayaraq, iki ölkə “dil tapa” bilər və bu, qarşıda gözlənilən böyük sülh sazişinin də yalnız ikitərəfli formatda bağlanmasının mümkünlüyünü ön plana çıxarır. Burada ən mühüm məqam Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır”.

Qeyd olunub ki, bütün bunlar Prezident İlham Əliyevin memarı olduğu böyük zəfərin komponentləridir və bu qələbənin müəllifi olan lider Qərbi Azərbaycana tanklar üzərində yox, maşınlarla, sülh içində qayıdacağımızı elan edib:

“Son dörd ildə yaşadığımız böyük tarix əminlik yaradır ki, öz doğma yurdundan qovulmuş soydaşlarımız verdiyi sözlərə əməl edən və bütün hədəflərə nail olan Prezident İlham Əliyevin liderliyi altında Qərbi Azərbaycana ləyaqətlə, qürurla qayıdacaq”.

Sonda vurğulanıb ki, dörd kəndin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasındakı razılaşmanın detalları bunu bir daha təsdiq edir:

“Sərhədin digər hissələrinin də delimitasiyası prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edilməlidir. Beləliklə, Azərbaycan sülh sazişinə Qərbi Azərbaycan məsələsini, soydaşlarımızın öz evlərinə qayıdışını daxil edəcək. Hər şey böyük qayıdışa hesablanıb və torpaqlarımızı hissə-hissə azad edən Prezident İlham Əliyev Azərbaycanı bu hədəfə doğru addım-addım yaxınlaşdırır”.

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

Siyasət
05 may 2024
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

Siyasət
05 may 2024
Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Siyasət
05 may 2024
Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Siyasət
05 may 2024
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Siyasət
05 may 2024
Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Siyasət
05 may 2024
Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 may 2024
İlham Əliyev vergilərlə bağlı vacib qanun imzaladı

İlham Əliyev vergilərlə bağlı vacib qanun imzaladı

Siyasət
04 may 2024
Prezident Xankəndi ilə bağlı sərəncam imzaladı

Prezident Xankəndi ilə bağlı sərəncam imzaladı

Siyasət
04 may 2024
Bu, bir ilkdir ki... | Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Bu, bir ilkdir ki... | Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Siyasət
04 may 2024
Seçilmişlər
icon