Pleyeri seçin:
Bakıda mühüm görüşlər keçiriləcək | Hansı müzakirələr aparılacaq?
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir.
Bu barədə “Israel Hayom” portalı xəbər yayıb.
Bildirilib ki, dəqiq tarix hələ məlum olmasa da, səfərin yaxın zamanlarda baş tutacağı planlaşdırılır.
Məlumata görə, B.Netanyahu Bakıda bir sıra görüşlər keçirəcək. İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələr aparılacaq.
Bəzi KİV-də yayılan xəbərə görə, B.Netanyahunun Bakı səfəri aprelin sonlarına nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 27-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da ölkəmizə səfəri gözlənilir.
Kopyalandı
