Siyasət
Pleyeri seçin:

Baqrat nəyi hesaba qatmadı? – Keşişlərin fiaskoya uğramasının səbəbi

29 may 2024

Nikol Paşinyanı hakimiyyətdən devirmək və Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələrin keşiş planı fiaskoya uğrayıb.

Tavuşda əhalini saxta məlumatlar hesabına ayağa qaldırıb, daha sonra böyük həvəslə İrəvana gedən Baqrat Qalstanyan burada biabırçılıqla üzləşib. Onun təşkil etdiyi aksiyalara cəmi 18-20 min nəfər adam gəlib.

Bu qədər kütlə ilə isə nəinki Baş naziri, heç İrəvanın merini belə istefaya göndərmək olmazdı. Bir müddət dayanıb, sonra yenidən aksiyalara başlayan, xalqı itaətsizliyə çağıran Baqrat Qalstanyan əvvəlkindən də pis vəziyyətə düşüb. İnsanların aksiyalara növbəti dəfə az gəldiyini görən keşiş tərəfdarlarına avtomobillərlə yolları bağlamağı tapşırıb.

Ermənistan hazırda ağır sosial-iqtisadi vəziyyətdədir. Rusiya ilə münasibətləri soyudan N.Paşinyan hökuməti Qərbin dəstəyinə ümid bəsləyir, ancaq oradan da istədiyini tam ala bilmir.

Əhali arasında hökumətdən narazılıq artır. Lakin müxalifətə də dəstək vermir. Səbəb isə vaxtilə xalqın qanına susamış Robert Koçaryan və Serj Sarkisyan kimi cinayətkarların hazırda müxalifətdə təmsil olunmasıdır.

Keşiş diasporun dəstəyini almaq üçün millətçi ritorikaya üstünlük versə də, erməni gənclərin fikrini oxuya bilməyib. İrəvana getdiyi zaman ali məktəb tələbələrinin ona dəstək verəcəyini güman edirdi. Çünki həmin ərəfədə qonşu Gürcüstanda da aksiyalar keçirilirdi və o aksiyalarda aparıcı qüvvə məhz tələbələr idi.

B.Qalstanyan elə hesab edirdi ki, eyni proses Ermənistanda da baş qaldıracaq. Ancaq bu baş vermədi. Xəyalpərəst keşiş və onun tərəfdarları unudurlar ki, Gürcüstan və Ermənistandakı aksiyaların məramı tamamilə fərqlidir. B.Qalstanyan nəinki gəncləri, heç yaşlı təbəqəni də aksiyalara cəlb edə bilmir. Çünki 44 günlük müharibədəki biabırçı məğlubiyyət hələ yaddaşlardan silinməyib.

İrəvanda küçəyə çıxan insanlar əsasən Ermənistan siyasətində olan müxalif partiya funksionerləri idi. Elə axırıncı aksiyalar da üsyankar keşişin son çırpınışı idi. Bundan sonra o, kilsəyə də dönə bilməyəcək. Yəqin ki, Baqrat Qalstanyan siyasətdə qalaraq yola davam etməyə çalışacaq.

Sırada tək bir seçim var – N.Paşinyanı ordu ilə devirmək. Ancaq xalqın orduya da dəstək verməyəcəyi aydındır. Bu isə Ermənistanı dəhşətli vətəndaş müharibəsinə sürükləyə bilər.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon