BMT "ASAN xidmət"i təşviq edəcək | Sazişin detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi imzalanıb.
Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.
Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur. Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.
Sazişə əsasən, Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.
#ASAN xidmət teqi istifadə olunub
- “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV
- Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV
- Dünyanın diqqətini çəkən "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? - Baku TV
