Pleyeri seçin:

Bu addımlar cinayət xarakterlidir | Ceyhun Bayramovdan mühüm açıqlama

26 aprel 2025 721 baxış

Son bir həftə ərzində Azərbaycanın dövlət rəmzinə qarşı ardıcıl iki təxribat törədilib: əvvəlcə Ermənistanda, sonra Fransada. Hər iki hadisədə bayrağımız nümayişkəranə şəkildə yandırılıb. Bu, sadəcə vandalizm aktı deyil, bir xalqın heysiyyətinə qarşı yönəlmiş açıq hücumdur.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov məsələ ilə bağlı açıq mövqe sərgiləyib. ATƏT-in baş katibi ilə keçirdiyi mətbuat konfransında bildirib ki, bu addımlar cinayət xarakterlidir və aidiyyəti ölkələrin məsul qurumları buna hüquqi qiymət verməlidir:

“Bu, utancverici hərəkətdir. Biz ictimai qınağın da güclü olmasını vacib hesab edirik”.

Bu, ilk belə hal deyil. Bənzər hadisə 2023-cü ilin aprelində də yaşanıb. İrəvanda keçirilən idman tədbirində Azərbaycan bayrağı arenanın ortasında yandırılmış, hadisəni törədən şəxs isə sonradan mühafizə olunmuşdu. O vaxt da Azərbaycan tərəfi buna sərt reaksiya vermişdi.

Fransada baş verən son hadisə isə erməni diasporunun radikal qanadının təşkilatçılığı ilə reallaşıb. Avropa dəyərləri adı ilə illərlə təqdim olunan tolerantlıq mühiti artıq nifrət mesajlarının meydanına çevrilir. Bayraq yandırmaqla verilən mesaj isə sadədir: nifrət hələ də real, revanşizm xəyalları hələ də canlıdır.

Ancaq bir həqiqət dəyişmir: bayrağa od vurmaqla xalqın iradəsini yandırmaq mümkün deyil. Əksinə, bu alov bəzən bir millətin içindəki birliyi daha da alışdırır. Çünki bayraqlar parçadan deyil, tarixdən, qürurdan, müqavimətdən toxunur.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 721 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 721 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 721 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 721 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 721 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 721 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 721 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 721 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 721 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 721 baxış
Seçilmişlər
icon