Bu, Ermənistanın faciəvi sonu olacaq! - Markov təcili xəbərdarlıq etdi
“Nikol Paşinyan Rusiyadan tamamilə üz döndərsə, gələcəkdə ciddi problem yaşadığı zaman Qərb hər zaman olduğu kimi müttəfiqini yarı yolda buraxacaq, N.Paşinyandan incimiş Rusiya isə Ermənistana kömək etməkdən imtina edəcək”.
Bunu Baku TV-yə açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
Politoloq Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxsin Rusiyada hərbi təlimlər keçməsi barədə yayılan məlumatları yalanlayıb:
“Şübhəsiz ki, ölkədə Nikol Paşinyanı devirmək istəyənlər az deyil, onların arasında Robert Koçaryanı, Serj Sarkisyanı və bəzi digər siyasətçiləri nümunə göstərmək olar. Bəlkə də onlar bunun üçün hansısa hazırlıq görürlər. Burada Rusiyanın adının hallanması düzgün deyil. Bu, Vladimir Putinin yürütdüyü siyasətə ziddir, Rusiya rəhbərliyinin bu işdə heç bir əli yoxdur. Onlar başa düşməlidirlər ki, Ermənistanın Fransa və ABŞ-yə meyil etməsi Ermənistanın faciəvi sonu ilə nəticələnə bilər”.