Bu ölkənin ordusu Ermənistana girəcək? - İrəvan küncə sıxışıb
İranın Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamaq və bu ölkəyə ordu yerləşdirmək istiqamətində təbliğatı və təzyiqi getdikcə güclənir.
Əvvəlcə iranlı təbliğatçıların dili ilə ifadə edilən bu “istək” daha sonra erməni siyasətçilərin və politoloqların da əsas təbliğat vasitəsinə çevrilib.
Bir müddət öncə müxalifət təmsilçisi Tiqran Abramyan İrana dəvət edilmiş, onunla bağlı qapılar arxasında görüşlər keçirilmiş və “ən yüksək səviyyədə” təkliflər dilə gətirilmişdi. Abramyan İrəvana qayıtdıqdan sonra İranın Ermənistana ordu yeritmək istəyində təkid etdiyini açıq şəkildə bildirmiş və bunun İrəvanın maraqlarına uyğun olduğunu da qeyd etmişdi. Bunun ardınca isə İranın müəyyən vəsaitlər hesabına təbliğatını gücləndirəcəyi haqda məlumat yayıldı ki, artıq bunun “nəticələri” görünməkdədir. Hazırda daha çox erməni politoloq “İran ordusunun Ermənistanda yerləşdirilməsindən” bəhs edir.
Növbəti belə bir açıqlamanı erməni politoloq Armen Ayvazyan verib. O iddia edib ki, Rusiya və Qərbin “böyük hissəsi” Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıb.
“Rusiya Ermənistana qarşı hər gün Azərbaycana dəstək ifadə edir, Qərb də İrəvana zəmanət verməyəcəyini bildirir”, – deyən Ayvazyan “ümid” kimi İran ordusunu çağırmağı təklif edib:
“Azərbaycana heç bir güzəştə getmək olmaz. Bundan əlavə, diqqəti İrana yönəltmək, onunla müqavilələr bağlamaq, birgə təlimlər keçirmək, lazım gələrsə, Zəngəzurda müəyyən sayda İran bölmələrini yerləşdirmək lazımdır”.
#İran teqi istifadə olunub
- ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
