Pleyeri seçin:

Bu prosesə son nöqtəni Bakıdakı məhkəmə qoyacaq | Tofiq Zülfüqarovdan açıqlama

03 fevral 2025 558 baxış

ABŞ Dövlət Departamentinin sənədlərinin dərc edilməsi həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin marağına səbəb olub. Təəssüf ki, əvvəllər Robert Köçəryanın kitabı ilə bağlı olduğu kimi, indi də bizim müəlliflərin düşüncələri öz mövqeyimizə deyil, sızdırılan məlumatların müəllifləri üçün əlverişli olan sitatlar və nəticələr əsasında qurulur.

Bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

Sabiq nazir hadisələrin iştirakçısı kimi bəzi detalları diqqətə çatırıb:

“Müzakirələrin əsas mövzusu “ərazilərin dəyişdirilməsi” anlayışı ətrafında müxtəlif interpretasiyalarda cərəyan edir. Həmin hadisələrin iştirakçısı kimi bildirmək istəyirəm ki, “ərazi mübadiləsi” mövzusu Azərbaycan tərəfindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə olunub.

Bu formata isə R.Köçəryan 1998-ci ilin aprelində razılıq verib. Məhz bundan sonra münaqişə tam reallığa uyğun təsnifata malik oldu – dövlətlərarası ərazi münaqişəsi kimi qəbul edildi.

Bu müzakirələr və aparılan danışıqlar nəticəsində vasitəçilər və Ermənistan tərəfindən zorla gündəmə gətirilən “Dağlıq Qarabağın statusu” və erməni separatizmi kimi mövzular əsas problemlər siyahısından çıxarıldı.

Bu məsələyə son nöqtəni Bakıdakı məhkəmə qoyacaq. Həmin məhkəmə əvvəllər münaqişə tərəfi kimi təqdim edilməyə, daha sonra isə “ikinci erməni dövləti” kimi tanıdılmağa çalışılan İrəvan marionetkalarına qarşı aparılır.

Prezident Heydər Əliyevin əsas məqsədi də bizə zorla qəbul etdirilməyə çalışılan münaqişə ssenarisinin dəyişdirilməsi idi. Məhz bunun sayəsində bu gün mövqeyimiz bizə “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə mahalı”, “güzgü prinsipi” və s. kimi mövzuları gündəmə gətirmək imkanı verir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ki-Uest danışıqlarının mətnini yayıb.

Banner
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 558 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Siyasət
07 noyabr 2026 558 baxış
Seçilmişlər
icon