Bundan sonrakı fəaliyyətimiz idmanın inkişafı ilə bağlı olacaq | Prezidentdən mühüm açıqlama
“Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, Nazirlik vahid strategiya əsasında fəaliyyət göstərir”.
Bu barədə Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, federasiyalarda gücləndirmə işləri aparılıb:
“Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaq. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və onların bundan sonra da inşası nəzərdə tutulur”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Abşeronda açılışda iştirak etdi
- Prezidentin açılışını etdiyi "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi barədə detallar - Baku TV
- İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi - Baku TV
- Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində
- "İş yerləri açılmalı, dolanışıq yaxşı olmalıdır" | Prezident ölkənin inkişafından danışdı - Baku TV
