Siyasət
Pleyeri seçin:
Ceyhun Bayramov: İki dövlət bunu birbaşa təmaslar nəticəsində əldə etdi
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş naziri aparatının birgə bəyanatı etimad quruculuğu istiqamətində iki ölkə arasında əldə olunmuş çox ciddi nailiyyətdir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Bəyanatın ciddi nəticəsi ondan ibarətdir ki, iki dövlət bunu birbaşa təmaslar nəticəsində və hər hansı üçüncü ölkənin müdaxiləsi olmadan əldə etdi. Bununla da Azərbaycan bir müddət bundan öncə etdiyi çağırışlar və verdiyi təkliflərin həqiqi olduğunu bir daha sübuta yetirdi”, – deyə o vurğulayıb.
Kopyalandı
Seçilmişlər