Pleyeri seçin:

Ceyhun Bayramov “Napoli”-“Qarabağ” matçı barədə paylaşım etdi

26 noyabr 2025 118 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun oyununda "Napoli" – "Qarabağ" qarşılaşmasını izləyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", – deyə paylaşımda vurğulanıb.

Öz növbəsində, Ceyhun Bayramov da sosial mediada paylaşım edərək "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəllə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzulayıram", – deyə nazir bildirib. 

“Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
05 dekabr 2025 118 baxış
Apellyasiya məhkəməsi AXCP sədri Əli Kərimli barədə qərar verdi - Baku TV

Apellyasiya məhkəməsi AXCP sədri Əli Kərimli barədə qərar verdi - Baku TV

Siyasət
05 dekabr 2025 118 baxış
“5000 ziyarətçinin iştirakı gözlənilir” | Bakıda keçirilən festivalda əsas məqsəd...

“5000 ziyarətçinin iştirakı gözlənilir” | Bakıda keçirilən festivalda əsas məqsəd...

Siyasət
05 dekabr 2025 118 baxış
TDT ölkələri arasında bəyannamə imzalandı

TDT ölkələri arasında bəyannamə imzalandı

Siyasət
05 dekabr 2025 118 baxış
BMT nümayəndəsi WUF13 Könüllülər Mərkəzində

BMT nümayəndəsi WUF13 Könüllülər Mərkəzində

Siyasət
05 dekabr 2025 118 baxış
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Siyasət
05 dekabr 2025 118 baxış
Ümumdünya Şəhərsalma Forumunun məzmunu hazırlanır

Ümumdünya Şəhərsalma Forumunun məzmunu hazırlanır

Siyasət
05 dekabr 2025 118 baxış
Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV

Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV

Siyasət
05 dekabr 2025 118 baxış
Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Rusiya münasibətlərindən danışdı

Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Rusiya münasibətlərindən danışdı

Siyasət
05 dekabr 2025 118 baxış
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

Siyasət
05 dekabr 2025 118 baxış
Seçilmişlər
icon