Ceyhun Bayramovla Məhəmməd İshaq Dar telefon danışığı zamanı nələri müzakirə etdi?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Normallaşma prosesi, təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
- “İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq” | Ceyhun Bayramov
- XİN-dən Azərbaycanın Sülh Şurasına üzv olması ilə bağlı açıqlama - Baku TV
- XİN İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib - Baku TV
- İtkin düşən balıqçının nəşi İran tərəfindən Azərbaycana təhvil verildi - Baku TV
