Siyasət
Pleyeri seçin:

Dediyi və etdiyi bir olmayan Paşinyan

13 noyabr 2023

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Fransa arasındakı münasibətdən, həmçinin onun BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü statusundan sui-istifadə edir”.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “Azadlıq Radiosu”nda (“Radio Free Europe/Radio Liberty”) dərc olunan məqaləsində deyilir.

O qeyd edib ki, Qarabağın Ermənistanın işğalı altında qaldığı son 20 ildən artıq müddətdə Azərbaycanın əsas motivi müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizə olub: “İndi bu məsələ həll olunub. Tarixi ədaləti bərpa etmişik”.

Onun fikrincə, Ermənistanda revanşist əhvali-ruhiyyə siyasi müxalifətdə daha güclü olsa da, bu ölkənin Baş naziri Nikol Paşinyan da belə istiqamətdə fikirləri söyləməkdən çəkinmir:

“Ermənistanın revanşizmdən əl çəkdiyini göstərən ilk addım bu olmalıdır: N.Paşinyan bəyanatlarla deyil, real addımlarla göstərməlidir ki, o, son hərbi eskalasiyanın nəticəsinə mübahisə ediləcək məsələ kimi yanaşmır”.

Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, Azərbaycanla Ermənistan arasında birinci müharibə zamanı 600 mindən çox etnik azərbaycanlı Ermənistanın işğal etdiyi əraziləri tərk etməyə məcbur olub:

“Hazırda Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin geri qayıtmasını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və bərpasına milyardlarla vəsait xərcləyir. Məcburi köçkünlərin geri qayıtması azərbaycanlıları birləşdirən amilə çevrilməlidir”.

“Hesab edirəm ki, indi Azərbaycanın milli ideyası sülhü möhkəmləndirmək, ölkənin bütün ərazilərində həyat tərzini yaxşılaşdırmaqdır. O, müstəqil dövlət olsa da, əvvəllər bütün ərazilərinin inkişafı ilə bağlı imkana malik deyildi. Yəni qarşıdakı onilliklər üçün ən vacib vəzifə azad edilmiş ərazilərə normal həyatın qaytarılması olacaq”, – o, sonda vurğulayıb.

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

Siyasət
01 may 2024
TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

Siyasət
01 may 2024
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

Siyasət
01 may 2024
Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Siyasət
01 may 2024
Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Siyasət
01 may 2024
Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Siyasət
01 may 2024
Seçilmişlər
icon