DTX-də vacib görüş: Ermənistanla bağlı nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.
Komissiya sədri Əli Nağıyev bildirib ki, Ermənistan qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Söhbət zamanı bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənin alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV
- Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
- DTX saxta mesaj və hesablarla bağlı xəbərdarlıq edir - Baku TV
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
