Siyasət
Pleyeri seçin:

Əfqan vətəndaşı səfirlik binasında terror aktı törətmək istəyib

12 iyul 2023

İyulun 10-da paytaxt Bakıda terror aktı törətməyə hazırlaşan Əfqanıstan vətəndaşı həbs edilib.

Əməliyyatı keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib ki, saxlanılan şəxs 1990-cı il təvəllüdlü Favzan Musa Xan adlı şəxsdir. Onun Azərbaycan ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq gördüyünə dair məlumat əldə edilib. Bundan başqa, Favzan Musa Xanın üçüncü ölkənin Bakıdakı səfirliyinə qarşı terror hücumu planlaşdırdığı qeyd olunsa da, hansı ölkənin diplomatik nümayəndəliyinin hədəf alındığı açıqlanmamışdı. Yayılan görüntülərdə isə həmin şəxsin İsrailin Bakıdakı səfirliyinin yaxınlığında həbs edildiyi əks olunub.

İsrailin “i24 news” xəbər kanalında dərc edilən yazıda müəllif iddia edir ki, hazırlanan bu cinayətdə İran dəst-xətti aydın hiss olunur. Əsas ipucu kimi isə Favzan Musa Xanın Əfqanıstan vətəndaşı olması göstərilir. Belə ki, SEPAH minlərlə əfqanı Suriyadakı vətəndaş müharibəsinə cəlb edərək onları silahlandırıb, daha sonra isə Yaxın Şərqdəki qaynar nöqtələrə göndərib.

Müəllif xatırladır ki, əfqanlardan təşkil edilən “Fatimiyyun” hərbi birləşməsi Suriyada və Livanda İranın əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib.

Yazıda Azərbaycan ərazisində İsrailə qarşı planlaşdırılan bir neçə terrora cəhd faktları da sadalanır. Qeyd edilir ki, hələ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Rusiyanın icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasına hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı Livan vətəndaşları olub.

“2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar planlaşdıran üç terrorçudan da birinin İran vətəndaşı olduğu sübuta yetirilmişdi. Beləliklə, zəncirin halqalarını birləşdirərkən cinayətin İranın xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığı şübhə doğurmur”, – deyə yazıda vurğulanır.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon