Pleyeri seçin:

Elin Süleymanov Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən danışdı

17 mart 2025 418 baxış

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Times” radiosunun “Sunday Morning” proqramına müsahibə verib.

Jurnalist Adam Boultonun Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasına dair suallarını cavablandıran səfir bu razılaşmanı iki ölkənin münasibətlərinin normallaşması istiqamətində vacib addım olduğunu vurğulayıb.

Bununla yanaşı, sülh müqaviləsinin imzalanması üçün həllini tapması gərəkən məsələlərin hələ də qaldığını diqqətə çatdırıb.

Bu xüsusda Ermənistan Konstitusiyasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına ərazi iddialarının olması qeyd edilib. Bu faktın sülh sazişində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə hüquqi cəhətdən ziddiyyət təşkil etməsi diqqətə çatdırılıb.

Səfir danışıqlara məhz iki ölkənin birbaşa nail olmasının əhəmiyyətini qeyd edib. Kənar müdaxilələrin hətta xoşniyyətli olsa belə, hər zaman faydalı olmadığını bildirib. Keçmiş münaqişənin danışıqlar vasitəsilə həlli üçün yaradılmış və 30 il ərzində heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun hazırkı mərhələdə əhəmiyyətsiz bir quruma çevrildiyini qeyd edib.

ABŞ-nin yeni Administrasiyasının dövlət xərclərinin israf edilməsinə qarşı mübarizə apardığı bir zamanda Minsk qrupunun tamamilə lazımsız və israfçılığın gözəçarpan nümunəsi olduğunu bildirib.

Əlavə edib ki, Azərbaycan tərəfinin qonşu Ermənistanla birgə Minsk qrupunun rəsmi olaraq ləğv edilməsinə nail olması arzuolunandır.

Müsahibə zamanı həmçinin Ermənistanın 30 il ərzində 20 faiz Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyona yaxın insanın öz torpaqlarından didərgin salınması, 2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və məcburi köçkünlərin qayıdışı prosesinin başlandığı, ərazilərin minalanması barədə məlumat verilib və bu reallıqlarla tanış olması üçün jurnalist Azərbaycana dəvət edilib.

Qeyd olunanlarla yanaşı, hazırda iki ölkə arasında de-fakto sülhün mövcud olması və otuz ildən sonra sərhədlərin delimitasiyasının aparıldığı bildirilib.

Jurnalistin “Ermənistan hakimiyyətinin razılaşdığı sülh sazişini erməni xalqı dəstəkləməyə hazırdırmı” sualına isə səfir Azərbaycan tərəfinin dayanıqlı sülhü təmin etmək üçün hansısa hakimiyyətlə deyil, məhz hər iki xalqın normallaşma prosesində maraqlı olduğunu və buna görə Ermənistan tərəfinin müvafiq addımlar atmalı olduğunu vurğulayıb.

E.Süleymanov Azərbaycanın Rusiya ilə münasibətləri, Rusiya-Ukrayna müharibəsi ilə bağlı da danışıb.

Səfir Azərbaycan və Rusiyanın qonşuluq münasibətlərinin olduğunu qeyd edib, Ukraynanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyini, müharibənin ilk günlərindən Azərbaycanın Ukraynaya humanitar yardım göstərdiyini, Ukraynanın enerji infrastrukturuna dəstək verdiyini bildirib və əlavə edib ki, hər kəs müharibənin tezliklə başa çatmasını və insan itkisinin qarşısının alınmasını dəstəkləməlidir.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 418 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 418 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 418 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 418 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 418 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 418 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 418 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 418 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 418 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 418 baxış
Seçilmişlər
icon